Məşhur futbol klubu hərbi şirkətlə müqaviləni yeniləməyəcək

IMG_1555 Gündəm
09:48

“Borussiya Dortmund” forma sponsorunu dəyişəcək

Expressxeberler.az xəbər verir ki, Almaniyanın “Borussiya Dortmund” klubu 2027-ci ildə forma sponsorunu dəyişmək qərarına gəlib.

Klubun sədri Karsten Kramer bildirib ki, müdafiə sənayesi şirkəti “Rheinmetall” ilə mövcud müqavilə 2027-ci ildə başa çatacaq və yenilənməyəcək.

“Rheinmetall” 2024-cü ilin may ayından klubun sponsorudur. Tərəfdaşlıq əvvəlindən azarkeşlər və klub üzvləri arasında mübahisələrə səbəb olub.

Kramer qərarın hər iki tərəfin razılığı ilə qəbul edildiyini vurğulayıb. O, klub daxilində birlik və həmrəyliyin qorunmasının vacib olduğunu qeyd edib.

Klub rəhbəri bildirib ki, tərəfdaşlığın mübahisəli olduğunu anlayırlar və azarkeşlərin tənqidlərini nəzərə alırlar.

#Expressxeberler.az #BorussiyaDortmund #Futbol #Rheinmetall

268 baxış
Paylaş: