Məşhur siyasətçinin qardaşı HƏBS EDİLDİ – GÜNDƏM YARADAN HADİSƏ!

IMG_4881 Dünya
03:11

Məşhur siyasətçinin qardaşı HƏBS EDİLDİ – ŞOK İTTİHAM!

Expressxeberler.az xəbər verir ki, Macarıstan məhkəməsi sabiq Baş nazir Viktor Orbanın kiçik qardaşı, iş adamı Aron Orban barəsində bir aylıq həbs qətimkan tədbiri seçib.

Budapeşt Şəhər Məhkəməsinin rəsmi nümayəndəsi Gergö Bozo bildirib ki, Aron Orban nüfuz alveri və qanunsuz miqrasiyaya yardım etməkdə şübhəli bilinir.

Onun biznes tərəfdaşlarından biri də həbs edilib, daha bir şübhəli ev dustaqlığına göndərilib. İş üzrə dördüncü şəxs isə sərbəst buraxılıb.

İstintaqın versiyasına görə, Aron Orban və tərəfdaşları əlaqələrindən istifadə edərək Vyetnam vətəndaşlarına pul qarşılığında Avropaya köçməkdə yardım göstəriblər.

Onların Macarıstanın xarici ölkələrdəki səfirlikləri vasitəsilə Şengen vizalarının alınmasını təşkil etdikləri və bu xidmətlərdən şəxsi gəlir əldə etdikləri iddia olunur.

Məlumata görə, 2024-cü ildə bu sxem vasitəsilə 100-dən çox şəxsə qanunsuz xidmət göstərilib.

Qeyd edək ki, Aron Orban və iş üzrə daha üç nəfər noyabrın 9-da saxlanılıb.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#ViktorOrban #Macarıstan #Həbs #DünyaXəbərləri #Expressxeberler.az

304 baxış
Paylaş: