Nigar Fərhadın həyat yoldaşı yenidən həbs edildi – Məhkəmə zalında qandallandı!
Gündəm
Expressxeberler.az xəbər verir ki, “AİD Group” xaricdə təhsil şirkətinin rəhbəri Samir Yəhyazadə yenidən həbs edilib.
Belə ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Samir Yəhyazadə ev dustaqlığına buraxılıb. Lakin prokurorluğun apellyasiya protestindən sonra qərar dəyişdirilib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Samir Yəhyazadə məhkəmə zalında yenidən həbs olunaraq qandallanıb. Onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Samir Yəhyazadənin həyat yoldaşı, “AİD Group” şirkətinin təsisçisi Nigar Fərhad da avqust ayında saxlanılmış, daha sonra polis nəzarəti altına buraxılmışdı.
Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri izləyin.
#Expressxeberler.az #NigarFərhad #SamirYəhyazadə #AIDGroup



