Polad Həşimovun anası xəstəxanaya yerləşdirildi – Səhhətində ciddi problemlər var
Gündəm
Polad Həşimovun anası xəstəxanaya yerləşdirildi Səhhətində ciddi problemlər var.
Expressxeberler.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb.
Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova bildirib ki, anaları hazırda Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada müalicə alır.
Onun sözlərinə görə,Səmayə Həşimovanın şəkər, böyrək və ürək çatışmazlığı, eləcə də digər daxili orqanları ilə bağlı ciddi narahatlıqlar yaranıb.
Kəmalə Həşimova anasının vəziyyətində müəyyən irəliləyiş olduğunu da qeyd edib.
Allah şəfa versin!
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#PoladHəşimov #SəmayəHəşimova #Azərbaycan #Expressxeberler.az



