Polis “TikTok”da 300 min manatlıq dələduzluq edən şəxsləri saxladı

IMG_4996 Gündəm
03:52

TikTok-da avtomobil satışı adı ilə DƏLƏDUZLUQ – 300 min manatlıq ziyan!

Expressxeberler.az xəbər verir ki, avtomobil almaq istəyən onlarla vətəndaş TikTok üzərindən dələduzluqla üzləşib.

Şikayətçilər münasib qiymət və şərtlərlə avtomobil satışı elanlarına inanaraq ilkin ödəniş ediblər. Lakin sonradan aldadıldıqlarını anlayıblar. Vətəndaşlara ümumilikdə təxminən 300 min manat ziyan dəydiyi bildirilir.

DİN-in məlumatına görə, faktlarla bağlı cinayət işləri başlanılıb. Polis tədbirləri nəticəsində iki nəfər saxlanılıb və məhkəmənin qərarı ilə həbs edilib.

İş üzrə istintaq davam edir.

‼️ Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #Dələduzluq #TikTok #Polis

272 baxış
Paylaş: