Qardaşını maşınla vurub videoya çəkən gənc saxlanıldı
Gündəm
Expressxeberler.az xəbər verir ki, sosial şəbəkələrdə sürücünün avtomobillə piyadanı qəsdən vurmasını əks etdirən görüntülərlə bağlı polis araşdırma aparıb.
Araşdırma zamanı hadisənin Sabunçu rayonunda baş verdiyi, sürücünün 23 yaşlı S.Göyüşov olduğu müəyyən edilib. Avtomobillə vurulan şəxsin onun doğma qardaşı olduğu və hadisənin zarafat məqsədilə törədildiyi məlum olub.
S.Göyüşov polis tərəfindən saxlanılıb. Barəsində inzibati xəta haqqında protokol tərtib edilərək qərar qəbul olunması üçün məhkəməyə göndərilib.
#Expressxeberler.az #Bakı #Sabunçu #Hadisə #Polis
624
baxış



