“Qızıl Qaya” restoranında 14 nəfər zəhərləndi, 5-nin vəziyyəti ağırdır – İDDİA- VİDEO
Gündəm
“Qızıl Qaya” restoranında 14 nəfər zəhərləndi, 5-nin vəziyyəti ağırdır – İDDİA
Expressxeberler.az xəbər verir ki, Bakının Nizami rayonunda yerləşən “Qızıl Qaya” restoranında kütləvi qida zəhərlənməsi baş verdiyi iddia olunur.
Hadisənin Mikayıl Əliyev küçəsi, 131 ünvanında yerləşən restoranda keçirilən toplantı zamanı baş verdiyi bildirilir.
Məlumata görə, tədbirdə təxminən 34 əlilliyi olan şəxs iştirak edib. Onlardan 14-ü qəbul etdikləri qidadan zəhərləndiklərini bildirib.
Zərərçəkənlərdən 5-nin vəziyyətinin ağır olduğu və xəstəxanaya aparıldığı qeyd olunur.
Hadisə yerinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#QizilQaya #Zehərlənmə #Bakı #Expressxeberler #Expressxeberler.az



