“Qızıl Qaya” restoranında 40-a yaxın gözdən əlil şəxs ətdən zəhərləndiyini iddia edir-VİDEO
Gündəm
Expressxeberler.az xəbər verir ki, Bakıda, 8-ci kilometr bazarının yaxınlığında yerləşən “Qızıl Qaya” restoranında kütləvi qida zəhərlənməsi ilə bağlı şok iddia yayılıb.
Sosial şəbəkələrdə paylaşılan videoda danışan şəxs bildirir ki, şadlıq sarayında keçirilən tədbirdə iştirak edən 40-a yaxın gözdən əlil şəxs yeməkdən zəhərlənib.
Videoda danışan şəxs hadisə yerində polis əməkdaşlarının və təcili tibbi yardım maşınlarının olduğunu qeyd edir.
Hadisənin səbəbləri, zəhərlənən şəxslərin vəziyyəti və iddianın təfərrüatları ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.
Videonu təqdim edirik.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#QızılQaya #Zəhərlənmə #Bakı #Expressxeberler #Expressxeberler.az
1. 620
baxış



