Qızından şübhələnən rusiyalı aparıcı onu polisə verdi
Gündəm
Expressxeberler.az xəbər verir ki, rusiyalı teleaparıcı Dana Borisova 19 yaşlı qızı Polina ilə bağlı polisə şikayət edib.
Teleaparıcı qızını evindən 120 min rubl (təxminən 2 500 manat) pul oğurlamaqda günahlandırıb.
Borisovanın sözlərinə görə, polis pul saxladığı siyirmədə barmaq izləri aşkarlayıb və Polina barəsində cinayət işi açılıb.
O, qızının həmin pulla kirayə mənzil tutduğunu iddia edib. Dana Borisova Polinanı bağışlamağa hazır olduğunu desə də, qızının onunla ünsiyyət qurmaqdan yayındığını bildirib.
Polina isə anasının ittihamlarını qəbul etmir. O, Dana Borisovanın hadisə ilə bağlı televiziya verilişində saxta süjet hazırlamaq istədiyini iddia edib.
Qeyd edək ki, bundan əvvəl Polina da anasını zorakılıqda ittiham etmişdi.
Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#DanaBorisova #Rusiya #ŞouBiznes #Expressxeberler #Expressxeberler.az



