Ölüm saçan virus sürətlə yayılır:457 nəfərə yoluxdu, 51 nəfər öldü!
Dünya
Expressxeberler.az xəbər verir ki, Yunanıstanda ağcaqanad dişləməsi ilə yayılan ölümcül Qərbi Nil virusu can almağa davam edir. Ölkədə virusa yoluxanların və həyatını itirənlərin sayı sürətlə artır.
Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatının oktyabrın 29-na olan son hesabatına əsasən, 2026-cı ilin əvvəlindən indiyədək 457 yoluxma halı qeydə alınıb, 51 nəfər isə virusun qurbanı olub. Təkcə son bir həftədə daha 4 yeni yoluxma aşkarlanıb.
Yoluxmaların əksəriyyəti paytaxt Afina və onun yerləşdiyi Attika bölgəsində qeydə alınıb.
Virus bəzi xəstələrdə ağır fəsadlara səbəb olub. Belə ki, 287 nəfərdə ensefalit (beyin iltihabı), meningit və ya kəskin süst iflic kimi mərkəzi sinir sistemini zədələyən əlamətlər müşahidə edilib. Digər 170 nəfərdə isə xəstəlik yüngül keçib və ya sinir sisteminin zədələnməsi qeydə alınmayıb.
Virusdan ölənlərin orta yaşı 82 olub. Həyatını itirənlərin yaşları 36-92 arasında dəyişib.
Yunanıstan Qərbi Nil virusuna yoluxma sayına görə Avropada İtaliyadan sonra ikinci yerdədir. Ölkədə müşahidə olunan iqlim şəraitinin yoluxmaların artmasına təsir göstərdiyi ehtimal edilir.
Qeyd edək ki, virusa yoluxanların əksəriyyəti xəstəliyi heç bir əlamət olmadan keçirir. Lakin bəzi hallarda qızdırma, baş ağrısı və əzələ ağrıları yaranır. Daha ağır vəziyyətlərdə isə virus beyin iltihabı və meningit kimi həyati təhlükəli fəsadlara səbəb ola bilər.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#QərbiNilVirusu #Yunanıstan #Virus #Expressxeberler #Expressxeberler.az



