Rusiya Gümrüdəki hərbi baza ilə bağlı razılaşmalara əməl etmək niyyətindədir

IMG_1581 Gündəm
11:33

Rusiya Gümrüdəki hərbi bazası ilə bağlı İrəvana mesaj verdi

Expressxeberler.az xəbər verir ki, Rusiya Gümrüdə yerləşən 102-ci hərbi bazası ilə bağlı qüvvədə olan ikitərəfli razılaşmalara əməl etmək niyyətindədir və Ermənistanın da eyni mövqedən çıxış edəcəyini gözləyir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya hərbi kontingentinin Ermənistanda qalması iki ölkə arasında imzalanmış müvafiq razılaşmalarla tənzimlənir.

Zaxarova Moskvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyini vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Ermənistan parlamentinin sədr müavini Vaaqn Aleksanyan ölkəsinin Gümrüdəki 102-ci Rusiya hərbi bazasının çıxarılması ilə bağlı Moskvadan heç bir məlumat almadığını açıqlamışdı.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Rusiya #Ermənistan #Gümrü #Expressxeberler.az

121 baxış
Paylaş: