Rusiyadan qovulan, girişi yasaqlanan miqrantların sayı 1 ildə iki dəfə artıb

IMG_1561 Gündəm
21:32

2026-cı ilin yanvar-sentyabr aylarında Rusiyada xarici vətəndaşlar tərəfindən törədilən cinayətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz azalaraq təxminən 20 minə düşüb.

Expressxeberler.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev noyabrın 10-da Federasiya Şurasında çıxışı zamanı açıqlayıb.

Nazirin sözlərinə görə, 2026-cı ilin ilk doqquz ayında Rusiyaya təxminən 7 milyon əcnəbi daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz azdır. Oktyabrın 1-nə olan məlumata görə isə ölkədə təxminən 6 milyon miqrant olub.

Kolokoltsev göstəricilərdəki azalmanı miqrasiya nəzarətinin sərtləşdirilməsi ilə əlaqələndirib.

Nazir bildirib ki, 2026-cı ildə Rusiyadan 120 min xarici vətəndaş deportasiya edilib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.

Bundan əlavə, Rusiyaya 3 ildən 10 ilədək girişinə qadağa qoyulan əcnəbilərin sayı təxminən iki dəfə artıb. Belə məhdudiyyətlər 290 min nəfərə şamil edilib.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, nəzarət altında olan şəxslərin reyestrində 120 min yetkinlik yaşına çatmayan da daxil olmaqla 820 min əcnəbi qeydə alınıb.

Kolokoltsevin sözlərinə görə, hazırda Rusiyada təxminən 670 min əcnəbinin yaşayış icazəsi və ya müvəqqəti yaşayış icazəsi var.

Eyni zamanda, 2026-cı ildə ləğv edilən yaşayış icazələrinin sayı əvvəlki illə müqayisədə 5 dəfə, müvəqqəti yaşayış icazələrinin sayı isə 18 dəfə artıb.

Nazir bu artımı, digər amillərlə yanaşı, Rusiyada yaşamaq hüququ verən sənədlərin əldə edilməsi məqsədilə bağlanan saxta nikahların aşkarlanması ilə izah edib

87 baxış
Paylaş: