Rusiyaya raket və dron zərbələri: Hərbi və neft zavodları, anbarlar yanır

IMG_3876 Gündəm
09:50

Expressxeberler.az xəbər verir ki, ötən gecə Ukrayna Rusiyanın Oryol şəhərinə raket zərbələri endirib.

Zərbələrin İsgəndər-M və Pantsir-S1 raket sistemləri üçün komponentlər istehsal edən “Proton” zavodunu hədəf aldığı bildirilir. Sosial şəbəkələrdə müəssisənin ərazisində baş verən genişmiqyaslı yanğınların görüntüləri yayılıb.

“Proton” optoelektron avadanlıqlar, yarımkeçirici cihazlar və güc elektronikası istehsal edir. Müəssisə Rusiyanın hərbi-sənaye kompleksinin mühüm hissələrindən hesab olunur.

Bundan əlavə, Ukrayna Saratov neft emalı zavoduna dronlarla hücum edib. Zərbə nəticəsində güclü yanğın baş verdiyi bildirilir.

Rostov-na-Don şəhərində isə yağ və polimer anbarları hədəfə alınıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın 8 min kvadratmetr ərazini əhatə edib.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #Ukrayna #Rusiya #Müharibə #Hərbi

203 baxış
Paylaş: