Sakinlərdən aidiyyəti quruma çağırış: “Asfalt tez vurulsun, yol açılsın!”- 🚧 Əcəmi Naxçıvani küçəsi
Cəmiyyət
Expressxeberler.az xəbər verir ki, Bakının Binəqədi rayonunda, Əcəmi Naxçıvani küçəsi, 59 ünvanının qarşısında yol təmiri ilə bağlı narazılıq yaranıb.
Sakinlərin sözlərinə görə, yolun köhnə asfalt örtüyü təxminən bir həftə əvvəl qaşınıb, lakin yeni asfaltın vurulması işləri hələ tamamlanmayıb. Bu səbəbdən ərazidə hərəkət çətinləşib, sakinlər evlərinə gedib-gələrkən narahatlıq yaşayırlar.
Sakinlər aidiyyəti qurumdan işlərin sürətləndirilməsini, yolun mümkün qədər tez asfaltlanaraq hərəkət üçün açılmasını xahiş edirlər.
Qeyd edək ki, Əcəmi Naxçıvani küçəsində aparılan yol işləri ilə bağlı aidiyyəti qurumun məsələni nəzarətə götürməsi gözlənilir.
Express Xəbərlər olaraq ərazidəki vəziyyəti diqqətdə saxlayırıq.

22
baxış
WhatsApp kanalımıza qoşulun
›



