ŞOK: Rusiyanın ABŞ-dakı səfiri qəfil öldü

IMG_1555 Gündəm
21:20

Rusiya diplomatiyasında gözlənilməz ölüm hadisəsi baş verib. Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev 66 yaşında qəfil vəfat edib.

Expressxeberler.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi noyabrın 11-də məlumat yayıb.

“Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi və kollektivi dərin hüznlə bildirir ki, noyabrın 11-də Rusiya Federasiyasının Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Nikitiç Darçiyev ömrünün 67-ci ilində qəfil vəfat edib”, – deyə nazirliyin açıqlamasında bildirilib.

Darçiyev 1992-ci ildən diplomatik xidmətdə çalışıb. O, Rusiya Xarici İşlər Nazirliyinin mərkəzi aparatında, həmçinin ölkənin xaricdəki diplomatik nümayəndəliklərində müxtəlif vəzifələr tutub.

2014–2020-ci illərdə Rusiyanın Kanadadakı səfiri vəzifəsində çalışıb. 2016-cı ilin fevralında ona fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.

Səfirin qəfil ölümünün səbəbi hələlik açıqlanmayıb

68 baxış
Paylaş: