SON DƏQİQƏ-İranın cənubunda ard-arda 5 PARTLAYIŞ – Təyyarələr göründü

IMG_1408 Gündəm
04:40

Expressxeberler.az xəbər verir ki, İranın cənubunda yerləşən Qəşm adasında beş partlayış səsi eşidilib.

İranın rəsmi xəbər agentliyi hadisə ilə bağlı məlumat yayıb. Partlayışların gücünün ada ərazisindəki obyektlərə zərbə endirilmiş ola biləcəyi ehtimalını yaratdığı bildirilir.

Bəzi sakinlər isə adanın səmasında iki təyyarə müşahidə etdiklərini deyiblər.

Bundan başqa, Hörmüzqan əyalətinin Bəndər-Ləngə şəhəri istiqamətində, dəniz tərəfdən də partlayış səslərinin eşidildiyi barədə məlumat yayılıb.

Hadisələrin səbəbi hələlik məlum deyil. Partlayışların hava zərbələri, yoxsa dənizdə baş vermiş başqa insidentlərlə əlaqəli olduğu dəqiqləşdirilməyib.

Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#İran #Qəşm #Partlayış #Dünya #Expressxeberler

860 baxış
Paylaş: