Sumqayıtda parkda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Gündəm
Sumqayıtda 16 yaşlı məktəbli dostunun başına daşla vurdu – Səbəb mobil telefon olub
Expressxeberler.az xəbər verir ki, Sumqayıt şəhərində 16 yaşlı məktəbli dostuna ağır xəsarət yetirib.
Hadisə şəhərin Sülh küçəsində baş verib.
2009-cu il təvəllüdlü Azər Məmmədov (soyadı şərtidir) gecə saatlarında dostu Rəşadla parkda gəzərkən yerdə mobil telefon tapıb.
Rəşad telefonu götürərək satmağı və əldə ediləcək pulu bölüşdürməyi təklif edib. Azər də bu təkliflə razılaşıb.
Bir müddət sonra Azər telefonun satılıb-satılmadığını soruşub. Rəşad isə hələ satmadığını bildirib. Bir neçə gün sonra Azər tanışlarından telefonun satıldığını öyrənib.
O, dostuna zəng edərək satışdan əldə olunan pulun yarısını tələb etsə də, Rəşad pul verməkdən imtina edib.
Bundan bir neçə gün sonra Azər küçədə təsadüfən Rəşadla qarşılaşıb. O, arxadan dostuna yaxınlaşaraq yerdən götürdüyü iri daşla onun başına zərbə endirib.
Nəticədə Rəşad ağır xəsarət alaraq yerə yıxılıb və xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Azər saxlanılıb. Faktla bağlı cinayət işi başlanaraq məhkəməyə göndərilib.
Məhkəmə istintaqı zamanı tərəflər barışıblar.
Məhkəmənin hökmü ilə Azər Məmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib. Lakin Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq cəza şərti hesab edilib.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Sumqayıt #Məktəbli #Hadisə #Məhkəmə #Expressxeberler.az



