Tələbə yataqxanada hansı şəraitdə həyatını itirib? – TƏFƏRRÜAT
Gündəm
ATU-nun yataqxanasında ölən tələbə qızın meyitini bacısı aşkarlayıb – Təfərrüat
Expressxeberler.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) bir saylı yataqxanasında tələbə qızın ölümü ilə bağlı bəzi detallar məlum olub.
Tələbənin meyitini onunla eyni otaqda yaşayan bacısı aşkarlayıb.
Yataqxanada qalan tələbənin sözlərinə görə, qızın başı ağrıyıb və bacısına xəbər verərək hamam otağına gedib. Uzun müddət geri qayıtmadığını görən bacısı narahat olub. Hamamın qapısı açıldıqda tələbənin yerdə uzandığı məlum olub.
Onun ölüm səbəbinin təzyiqin düşməsi və ya beyinə qan sızması ola biləcəyi ehtimal edilsə də, dəqiq səbəb məlum deyil.
Yataqxanadakı hamam otaqlarının ümumi istifadədə olduğu, hər birində 4-5 kabinənin yerləşdiyi bildirilib.
#Expressxeberler.az
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.



