Türkiyada iki aila arasında silahlı toqquşma – 11 yaralı
Gündəm
Türkiyədə iki ailə arasında silahlı dava: 11 nəfər yaralandı
Expressxeberler.az xəbər verir ki, Türkiyənin paytaxtı Ankaranın Mamak rayonunda iki ailə arasında baş verən mübahisə qanlı davaya çevrilib.
Hadisə Yatık Musluk küçəsində qeydə alınıb. Münaqişə zamanı odlu silah və bıçaqdan istifadə edildiyi bildirilir.
Dava nəticəsində 11 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu qeyd edilir.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Mübahisənin səbəbi hələlik açıqlanmayıb.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Türkiyə #Ankara #SilahlıDava #Expressxeberler.az #Expressxeberler
102
baxış



