Vətəndaş pulunu ala bilmədiyi üçün dövlət binasına ekskavatorla hücum edib sökməyə başladı-FOTO

IMG_4879 Dünya
03:06

Hökumət binasına EKSKAVATORLA hücum – səbəb ŞOK ETDİ!

Expressxeberler.az xəbər verir ki, Çinin Şaansi əyalətində yerli hökumət binasına ağır texnika ilə hücum edilib.

Hadisə Sian şəhərinin Fengdonq bölgəsində baş verib. Ekskavatorla binanın girişinə çırpılan şəxs tikiliyə ciddi ziyan vurub.

47 yaşlı ekskavator sürücüsü polis tərəfindən saxlanılıb. Hadisə zamanı binada olan əməkdaşlar və vətəndaşlar təxliyə edilib. Xoşbəxtlikdən, xəsarət alan olmayıb.

İlkin məlumatlara görə, hücum edən şəxs yerli hakimiyyət orqanları ilə müqavilə əsasında çalışan podratçı olub. Onun bir il ərzində gördüyü işin pulunu ala bilmədiyi üçün bu addımı atdığı bildirilir.

Digər ehtimala əsasən, hadisə hökumətin həmin şəxsin heyvandarlıq təsərrüfatını sökməsi və kompensasiya ilə bağlı yaranan mübahisədən qaynaqlanıb.

Hadisənin dəqiq səbəbi ilə bağlı Çin rəsmiləri hələlik açıqlama verməyiblər.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Çin #DünyaXəbərləri #Hücum #Expressxeberler.az

250 baxış
Paylaş: