Yaxın Şərqdə yeni qarşıdurma cəbhəsi: İran Britaniyanın Hərbi Dəniz və Hava Qüvvələrinə sanksiya tətbiq etdi!
Cəmiyyət
İran Britaniya kəşfiyyatını “düşmən”, hərbi qüvvələrini isə “terrorçu” elan etdi
Expressxeberler.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi Böyük Britaniyanın xarici kəşfiyyat xidməti MI6-nı “düşmən təşkilat”, Kral Hərbi Dəniz Qüvvələrini və Kral Hərbi Hava Qüvvələrini isə “terrorçu təşkilatlar” siyahısına daxil edib.
Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında bildirilib.
Tehran qərarın Londonun düşmənçilik fəaliyyəti və qarşılıqlı cavab tədbirləri ilə əlaqədar qəbul edildiyini açıqlayıb.
İran tərəfinin iddiasına görə, Böyük Britaniya öz hərbi bazalarını və logistik obyektlərini ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarında istifadəyə verib.
İran XİN bu addımların regionda hərbi gərginliyi artırdığını və cavabsız qalmayacağını bəyan edib.
Qərar Tehran ilə London arasında onsuz da gərgin olan münasibətlərdə yeni diplomatik qarşıdurma yaradıb.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#İran #BöyükBritaniya #MI6 #Expressxeberler #Expressxeberler.az



