Yüksək rütbəli hərbçilər həbs edildi – Baza komadiri küçədə rüşvət alıb

IMG_1342 Gündəm
16:05

Expressxeberler.az xəbər verir ki, Rusiyanın Qarnizon Hərbi Məhkəməsi Baltik Donanmasının Leninqrad Hərbi Dəniz Bazasının komandiri Aleksey Suqlobov və Müdafiə Nazirliyinin dəniz mühəndisliyi xidmətinin rəisi Aleksey İonov barəsində həbs qərarı verib.

Suqlobov oktyabrın 21-də Kronştadtda 1,5 milyon rubl rüşvət alarkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Faktla bağlı xüsusilə külli miqdarda rüşvət alma maddəsi ilə cinayət işi açılıb.

İstintaqın qənaətinə görə, hər iki vəzifəli şəxs 2025-ci ilin sonlarından etibarən hərbi bazanın ərazilərinin kommersiya məqsədilə qanunsuz istifadəsinə şərait yaratmaq müqabilində iş adamlarından mütəmadi olaraq pul alıblar.

İddialara əsasən, tikinti şirkətləri Lomonosovdakı hərbi şəhərciyin torpaqlarından qanunsuz qum və çınqıl çıxarıb, tikinti tullantılarını isə qazıntı çuxurlarına tökərək utilizasiya xərclərini azaldıblar.

Hər iki zabitlə bağlı araşdırma davam edir.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Rusiya #Rüşvət #HərbiQalmaqal #Expressxeberler #Expressxeberler.az

1. 647 baxış
Paylaş: