2027-ci ildə dünyanı nə gözləyir?
Dünya
“The Economist”dən 2027-ci illə bağlı diqqətçəkən proqnoz: Dünya böhranlar və çevrilişlərlə üzləşə bilər
Expressxeberler.az xəbər verir ki, “The Economist” jurnalı 2027-ci ilin qlobal böhranlar və siyasi çevrilişlər dövrü ola biləcəyini proqnozlaşdırıb.
Bu barədə nəşrin ənənəvi illik hesabatı olan “The World Ahead”da dərc edilən materialda bildirilib.
Jurnalın üz qabığında meşə yanğınları, tanklar, döyüş gəmiləri, partlayışlar, seçki qutusu, enişə doğru gedən maliyyə qrafiki, kosmik raket, peyk və süni intellekti simvolizə edən beyin formasında mikroçip təsvir olunub.
Nəşr 2027-ci il üçün 10 əsas proqnoz təqdim edib. Diqqət çəkən siyasi mövzulardan biri Donald Trampdan sonrakı dövrdə ABŞ-nin gələcəyi ilə bağlıdır.
Jurnalın müəllifləri hesab edirlər ki, artıq Donald Trampın siyasi varisi uğrunda mübarizə başlaya bilər.
#TheEconomist #2027 #Dünya #Expressxeberler.az



