96 yaşlı milyarder 48 ildir su içmirmiş…-Ancaq Cola

IMG_2440 Dünya
01:13

48 ildir su içmir! Milyarder Uorren Baffettin gündəlik vərdişi təəccübləndirdi

Expressxeberler.az xəbər verir ki, dünyanın ən varlı investorlarından biri olan 96 yaşlı Uorren Baffett təxminən 48 ildir su içmədiyini bildirib.

Milyarderin bu barədə maraqlı açıqlamasını digər milyarder Bill Ekman paylaşıb. Onun sözlərinə görə, illər əvvəl Baffettlə şam yeməyində olarkən ona adi və ya qazlı su təklif edib. Lakin investor sudan imtina edərək şirin qazlı içkilərə üstünlük verdiyini bildirib.

Ekmanın su içib-içmədiyi ilə bağlı sualına Baffett belə cavab verib: “Bill, mən 48 ildir su içmirəm”.

İngilis yazıçısı Qlen Arnoldun Baffett haqqında kitabında investorun hər gün təxminən 5 banka “Coca-Cola”, xüsusilə də “Cherry Coke” içdiyi qeyd olunur.

Baffett 2015-ci ildə “Fortune” jurnalına müsahibəsində gündəlik 2700 kalorilik qida rasionunun təxminən dörddə birini “Coca-Cola”dan aldığını açıqlamışdı.

Maraqlıdır ki, milyarder gənclik illərində təxminən 50 il “Pepsi” içib. 1986-cı ildə isə “Berkshire Hathaway” şirkətinin illik toplantısında sevimli içkisini dəyişərək “Cherry Coke” seçdiyini elan edib.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən maraqlı hadisələri dərhal oxuyun.

#UorrenBaffett #CocaCola #Milyarder #Expressxeberler #Expressxeberler.az

837 baxış
Paylaş: