İranda COVID-19-a yoluxma kəskin artıb: Ölüm halları qeydə alınır

IMG_2525 Dünya
21:02

Expressxeberler.az xəbər verir ki, İranda koronavirus və mövsümi qrip infeksiyalarına yoluxma hallarının artması ilə bağlı xəbərdarlıq edilib.

Tehran Tibb Elmləri Universitetinin yoluxucu xəstəliklər üzrə professoru Həmid Emadi Kuçək bildirib ki, hazırda yayılan koronavirusun alt ştammı əvvəlki variantlarla müqayisədə daha sürətlə yayılır.

Mütəxəssisin sözlərinə görə, yeni ştammın törətdiyi ölüm göstəricisi əvvəlki variantlarla müqayisədə nisbətən aşağıdır. Bununla belə, ölkədə həm COVID-19, həm də qrip səbəbindən ölüm halları qeydə alınır.

Professor yoluxma hallarının əhəmiyyətli dərəcədə artdığını, infeksiyaların ailə üzvləri arasında, xüsusilə uşaqlar arasında yayıldığını bildirib.

O, vətəndaşlara əlləri mütəmadi yumağı, insanların sıx olduğu məkanlarda maskadan istifadə etməyi, yaşlıların və xroniki xəstəlikləri olan şəxslərin izdihamlı yerlərdən uzaq durmasını tövsiyə edib.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#İran #COVID19 #Koronavirus #Qrip #Expressxeberler

1. 003 baxış
Paylaş: