PUA hücumundan sonra Qazaxıstan neft nəqlini dayandırdı
Gündəm
Expressxeberler.az xəbər verir ki, Samara istehsalat-dispetçer qovşağının obyektlərinə pilotsuz uçuş aparatları ilə hücumdan sonra Atırau–Samara magistral neft kəməri ilə neftin nəqli müvəqqəti dayandırılıb.
Qazaxıstan Energetika Nazirliyinin məlumatına görə, hücum noyabrın 2-nə keçən gecə baş verib.
Hadisədən sonra müvafiq xidmətlər neft kəməri infrastrukturunun texniki vəziyyətini qiymətləndirməyə başlayıblar. Nazirlik neftin bu istiqamət üzrə qəbulunun yaxın vaxtlarda bərpa olunmasının gözlənildiyini bildirib.
Qurum vəziyyətin nəzarət altında olduğunu və əlavə məlumat veriləcəyini açıqlayıb.
Hər gün Expressxeberler.az saytına daxil olun, ölkədə və dünyada baş verən hadisələrdən dərhal xəbərdar olun.
#Qazaxıstan #Neft #PUAHücumu #Energetika #Expressxeberler.az



