ABŞ İrana zərbə endirdi – Tramp əməliyyatı təsdiqlədi!

8ECF4252-9BEE-4B46-B170-D3F922D93668 Dünya
01:49

🇺🇸🇮🇷 ABŞ İrana zərbə endirdi – Tramp əməliyyatı təsdiqlədi!

Expressxeberler.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranın Qeşm adasında yerləşən hava hücumundan müdafiə obyektinə zərbə endirildiyini təsdiqləyib.

Tramp “Fox News” telekanalına açıqlamasında əməliyyatı “kiçik zərbə” adlandıraraq, ABŞ-ın İranın yeni inşa etdiyi hava hücumundan müdafiə obyektini hədəfə aldığını bildirib.

Məlumata görə, zərbə Hörmüz boğazı yaxınlığında yerləşən Qeşm adasına endirilib.

İran rəsmiləri isə ABŞ-ın hücumundan sonra ölkənin özünümüdafiə hüququnu saxladığını bəyan ediblər. Bölgədə hərbi gərginliyin yenidən artması təhlükəsi qalmaqdadır.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#İran #ABŞ #HörmüzBoğazı #iranabs #Expressxeberler.az

1. 909 baxış
Paylaş: