SON DƏQİQƏ-Hörmüz boğazında 4 tanker alovlandı – İran 2 gəmini ələ keçirdi
Dünya
🔥 Hörmüz boğazında 4 tanker alovlandı – İran daha 2 gəmini ələ keçirdi!
Expressxeberler.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazının cənubunda dəniz minalarına düşdüyü bildirilən 4 neft tankerinin alovlandığını açıqlayıb.
İran tərəfinin məlumatına görə, gəmilər Tehranın qadağan olunmuş marşrut kimi müəyyən etdiyi ərazidən keçməyə çalışarkən minaya düşüb.
Bundan əlavə, İran qüvvələrinin daha 2 gəmini saxladığı bildirilib.
Hadisə ilə bağlı gəmilərin adları, mümkün itkilər və insidentin bütün təfərrüatları açıqlanmayıb. Məlumatlar müstəqil şəkildə təsdiqlənməyib.
Hörmüz boğazında baş verənlər regionda hərbi və dəniz təhlükəsizliyi ilə bağlı gərginliyi daha da artırır.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#İran #ABŞ #HörmüzBoğazı #iranabs #Expressxeberler.az



