Zelenski ABŞ-dən narazıdır – 16 milyard dollarlıq yardım hələ də verilməyib!-NARAZILIQ
Dünya
Zelenski ABŞ-dən narazıdır – 16 milyard dollarlıq yardım hələ də ala bilməyib!
Expressxeberler.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin vəd etdiyi 16 milyard dollarlıq yardımı indiyədək ala bilmədiklərini açıqlayıb.
Zelenski bildirib ki, əvvəlki razılaşmalar çərçivəsində nəzərdə tutulan bu vəsait Ukraynaya təqdim edilməyib.
Ukrayna lideri məsələyə münasibət bildirərkən narazılığını ifadə edib və ölkəsinin həmin vəsaitin əldə olunması üçün mübarizəni davam etdirməli olduğunu vurğulayıb.
Zelenski ABŞ tərəfindən göstərilən digər yardımlara görə minnətdar olduqlarını bildirsə də, 16 milyard dollarlıq vəsait məsələsinin diqqətdən kənarda qalmamalı olduğunu qeyd edib.
Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #Ukrayna #ABŞ #Zelenski



