Dövlət Xidmətinin şəxsi heyəti Zəfər Tağı abidəsini ziyarət etdi
Gündəm
General Mürsəl İbrahimov Zəfər Tağını ziyarət etdi
Expressxeberler.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimov və xidmətin şəxsi heyəti 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər Parkında yerləşən Zəfər Tağını ziyarət ediblər.
Ziyarət zamanı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub. Memorial kompleksin girişində yerləşən abidənin önünə gül dəstələri düzülüb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.
Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri izləyin!
#Expressxeberler.az #ZəfərGünü #Azərbaycan #ZəfərTağı



