700 supermarketə hücumun arxasında İran dayanır – Fransadan ittiham
Dünya
Avropada 700 supermarketə kiberhücum – Fransa İRANI MƏSUL TUTDU!
Expressxeberler.az xəbər verir ki, Fransanın xüsusi xidmət orqanları Avropanın bir neçə ölkəsində supermarketlərin soyuducu sistemlərinə qarşı həyata keçirilən kiberhücumların arxasında İranın dayandığını müəyyən edib.
Fransanın xarici işlər naziri Jan-Noel Barro hücumlara görə İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) məsul tutub.
Nazirin sözlərinə görə, İranın Parisdəki səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırılıb və ona qəti etiraz bildirilib. Barro hücumlara görə məsul şəxslərə qarşı Avropa səviyyəsində sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.
İlk hücumlar oktyabrın 11–12-də Fransada qeydə alınıb. Hakerlər təxminən 700 supermarketin soyutma sistemlərinə müdaxilə ediblər.
Noyabrın 2-də Almaniya, İsveç, Belçika və Finlandiyada da oxşar hücumlar baş verib. Daha sonra İtaliyada da analoji insidentlər qeydə alınıb.
Avropa ölkələri kiberhücumlarla bağlı İrana qarşı sərt addımlar atmağa hazırlaşır.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #İran #SEPAH #Avropa #Kiberhücum



