Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq

IMG_4761 Gündəm
00:41

Torpağı çirkləndirənlərə ağır cərimə – məbləğ 10 min manata çatır!

Expressxeberler.az xəbər verir ki, torpaqları tullantılarla, kimyəvi maddələrlə və çirkab sularla çirkləndirən, eləcə də münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər.

Torpaqların tullantılarla zibilləndirilməsinə və çirkləndirilməsinə görə:

🔹 Fiziki şəxslər – 500-800 manat
🔹 Vəzifəli şəxslər – 2 000-2 500 manat
🔹 Hüquqi şəxslər – 7 500-10 000 manat

Torpağın münbit qatının korlanmasına görə isə:

🔹 Fiziki şəxslər – 600-1 000 manat
🔹 Vəzifəli şəxslər – 2 000-3 000 manat
🔹 Hüquqi şəxslər – 6 000-8 000 manat cərimə edilə bilər.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #Azərbaycan #Cərimə #Torpaq

154 baxış
Paylaş: