Pomidoru soyuducuda saxlamayın – SƏBƏBİ

IMG_4898 Gündəm
11:12

Pomidoru soyuducuda saxlamayın – SƏBƏBİ

Expressxeberler.az xəbər verir ki, təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislər bütöv və yetişmiş pomidorların otaq temperaturunda saxlanılmasını daha məqsədəuyğun hesab edirlər.

Aşağı temperatur pomidorun dad və ətrini formalaşdıran biokimyəvi prosesləri poza bilər. Nəticədə tərəvəzin ətri zəifləyir, quruluşu dəyişir və dadı əvvəlki qədər zəngin olmur. Bununla belə, soyuducu pomidorun xarab olmasını ləngidərək saxlanma müddətini uzada bilər.

Mütəxəssislər pomidorları birbaşa günəş işığından uzaq, sərin və quru yerdə saxlamağı tövsiyə edirlər. Onları üst-üstə yığmaq əvəzinə bir qat şəklində düzmək, həmçinin istifadə etməzdən əvvəl yumaq məsləhətdir.

Həddindən artıq yetişmiş pomidorları xarab olmaması üçün soyuducuda saxlamaq mümkündür. Doğranmış, qabığı soyulmuş və ya yarısı istifadə edilmiş pomidor isə mütləq soyuducuya yerləşdirilməlidir. Bu zaman qapaqlı, təmiz qabdan istifadə olunmalıdır.

İsti hava şəraitində pomidorların təhlükəsiz saxlanılması üçün soyuducu daha uyğun seçim ola bilər.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #Expressxeberler #Sağlamlıq #Maraqlı

213 baxış
Paylaş: