Tiktokda canlı yayımda söyüş söyənlər HƏBS OLUNDU

IMG_5166 Gündəm
19:47

TikTok-da canlı yayımda söyüş söyən 2 nəfər 10 gün həbs edildi

Expressxeberler.az xəbər verir ki, sosial şəbəkədə qeyri-etik ifadələr işlədən daha 2 nəfər inzibati məsuliyyətə cəlb olunub.

35 yaşlı Mahir Rüstəmov (şərti ad) “TikTok” sosial şəbəkəsində özünə məxsus “legenda767” hesabında canlı yayım açıb. O, kafedə yanında olan 43 yaşlı Şükür İbadovla (şərti ad) birlikdə nalayiq ifadələr işlədərək ictimai mənəviyyata zidd davranış nümayiş etdirib.

Polis əməkdaşları tərəfindən saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokollar tərtib edilib.

Mahir Rüstəmov məhkəmədə ifadəsində hadisə zamanı sərxoş olduğunu bildirib. O, həmin gün kafedə dostu ilə yemək yeyərək 200-300 qram araq içdiyini, daha sonra tanışı ilə mübahisə yarandığını deyib.

Mübahisə zamanı canlı yayımda nalayiq ifadələr işlədib. Şükür İbadov da ona qoşularaq söyüşlər səsləndirib.

Hər iki şəxs əməllərindən peşman olduqlarını bildirərək məhkəmədən yüngül cəza istəyiblər.

Məhkəmənin qərarı ilə onların hər biri 10 gün müddətinə inzibati qaydada həbs edilib.

#Expressxeberler.az #TikTok #Həbs #Azərbaycan

318 baxış
Paylaş: