Maştağada avtomobili özündən xəbərsiz satışa çıxarıldı

IMG_5181 Gündəm
03:45

Kreditlə aldığı avtomobil xəbərsiz satışa çıxarıldı – Beh də alıblar

Expressxeberler.az xəbər verir ki, Bakının Maştağa qəsəbəsində yaşayan Cəlal Axundov kreditlə aldığı avtomobilin özündən xəbərsiz satışa çıxarıldığını iddia edib.

Cəlal Axundov bildirib ki, iki illik kreditlə aldığı avtomobilə görə 2 min manat ilkin ödəniş edib, hər ay isə 375 manat ödəyir. Onun sözlərinə görə, avtomobilin satışa çıxarıldığını tanımadığı şəxslərdən öyrənib.

İddialara görə, avtomobilin satışı ilə bağlı yerləşdirilən elana inanaraq bir neçə nəfər beh də verib. Həmin şəxslərdən biri Sirac Qayıbovdur.

Elan sahibi kimi göstərilən telefon nömrəsinə isə zəng çatmır.

Daxili İşlər Nazirliyinin əməkdaşı Elbrus İbrahimov məsələ ilə bağlı bildirib ki, hadisə nəzarətə götürülüb və araşdırma aparılır.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #Expressxeberler #Bakı #Maştağa #Kredit

149 baxış
Paylaş: