Bakıda təhlükəli vəziyyət: “Burada dəfələrlə qəza olub”

IMG_1575 Gündəm
10:07

Bakıda sürücülər və piyadalar üz-üzə qaldı – Təhlükəli vəziyyət yaranıb

Expressxeberler.az xəbər verir ki, Bakının Yasamal rayonunda, İnşaatçılar prospektindən Bakıxanov küçəsi istiqamətində hərəkət zamanı təhlükəli vəziyyət yaranıb.

Prospektdən gəlib sağa dönmək istəyən avtomobillər üçün 24 saat yaşıl işıq yansa da, dönmə manevrinin qarşısında piyada keçidi yerləşir.

Nəticədə həm sürücülərə, həm də piyadalara yaşıl işıq yandığından tərəflər hərəkətdə üstünlüyün özlərində olduğunu düşünürlər.

Bu vəziyyət yolda qəza riskini artırır.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Bakı #Yasamal #YolHərəkəti #Expressxeberler.az

97 baxış
Paylaş: