Ermənistanda televiziya debatında əlbəyaxa dava

IMG_5299 Dünya
03:50

Ermənistan televiziyasında canlı çəkiliş zamanı dava düşdü – Görüntülər yayıldı

Expressxeberler.az xəbər verir ki, Ermənistan İctimai Televiziyasının “Böyük debat” verilişinin çəkilişi zamanı qalmaqal yaşanıb.

Politoloq Harutyun Mkrtçyanla jurnalist Boris Murazi arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Studiyanın təhlükəsizlik əməkdaşları hadisəyə müdaxilə ediblər.

Boris Murazi baş verənləri dava kimi qiymətləndirmədiyini bildirib. Harutyun Mkrtçyan isə mübahisənin yumruqlaşma ilə nəticələndiyini deyib.

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

#Expressxeberler.az

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

115 baxış
Paylaş: