6 il sonra müəmmalı itkinlə bağlı əməliyyat: 39 nəfər saxlanıldı

Screenshot Dünya
Screenshot
04:40

İllərdir sirr olaraq qalan hadisədə yeni şok dalğa!Müəmmalı itkinlə bağlı əməliyyat: 39 nəfər saxlanıldı

Expressxeberler.az xəbər verir ki, Türkiyədə 2020-ci ildə itkin düşən Gülistan Doku ilə bağlı istintaq çərçivəsində yeni əməliyyat keçirilib.

Doku ailəsinin vəkili Ali Çimenin açıqlamasına görə, əməliyyat zamanı ən azı 39 nəfər barəsində saxlanılma tədbiri tətbiq edilib.

Erzurum Baş Prokurorluğu tərəfindən aparılan istintaqın 7-ci mərhələsinin davam etdiyi bildirilib. Vəkil qeyd edib ki, əməliyyat əvvəlki mərhələlərdən fərqli şəkildə həyata keçirilir.

Gülistan Dokunun taleyinin müəyyənləşdirilməsi və şübhələrin aradan qaldırılması istiqamətində araşdırmalar davam edir.

#Expressxeberler.az

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

251 baxış
Paylaş: