Əyləncə məkanına hücumun arxasından daha bir qətl çıxdı – 26 şübhəli saxlanıldı-FOTOLAR

IMG_5312 Dünya
04:50

Xalçaya bükülmüş meyit tapıldı: 26 nəfər saxlanıldı, ikinci qətl üzə çıxdı

Expressxeberler.az xəbər verir ki, İstanbulun Beyoğlu rayonunda binanın zirzəmisində xalçaya bükülmüş kişi meyiti aşkarlanıb.

Araşdırmalar nəticəsində meyitin 30 yaşlı Oğuzhan Kalkan olduğu müəyyən edilib. Onun təxminən 10 gün əvvəl odlu silahla öldürüldüyü ehtimal olunur.

Hadisə Beşiktaşın Kuruçeşme ərazisindəki əyləncə məkanına silahlı hücumla bağlı aparılan istintaq zamanı üzə çıxıb. Həmin hücumda Umut Andık adlı şəxs həyatını itirib.

Polis araşdırması zamanı şübhəlilərin daha bir qətldə iştirak etdiyi müəyyənləşdirilib. İş üzrə ümumilikdə 26 nəfər saxlanılıb.

Məlumata görə, meyit noyabrın 12-də Sütlüce məhəlləsində yerləşən binanın zirzəmisində tapılıb. Hadisə ilə bağlı istintaq davam edir.

#Expressxeberler.az

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

448 baxış
Paylaş: