İranla bağlı SON DƏQİQƏ kəşfiyyat məlumatı
Gündəm
İranın 2500-ə yaxın raketi var – ABŞ və İsrailin hücum planına təsir edir
Expressxeberler.az xəbər verir ki, ABŞ və İsrailin İrana qarşı mümkün yeni hücumları ətrafında müzakirələr davam etdiyi bir vaxtda Tehranın raket arsenalı ilə bağlı diqqətçəkən məlumat yayılıb.
ABŞ-nin “The Wall Street Journal” qəzetinin adları açıqlanmayan rəsmilərə istinadən yaydığı məlumata görə, ABŞ kəşfiyyatı İranın təxminən 1500-2500 raketə sahib olduğunu ehtimal edir.
Rəsmilər bildiriblər ki, Tehranın raket ehtiyatlarını izləmək çətin olduğundan bu rəqəmlər dəqiq hesab edilə bilməz. Bununla belə, İranın hələ də çoxsaylı raketlərə malik olduğu bildirilir.
Nəşrin məlumatına görə, İranın raket arsenalının miqyası ABŞ Prezidenti Donald Tramp administrasiyasının mümkün hücumla bağlı qərarlarına təsir göstərir. İsrail rəsmiləri də Tehranın 1500-dən çox ballistik raketə sahib olduğunu düşünürlər.
İranın yeni münaqişəyə hazırlaşdığını bildirən rəsmilər vəziyyəti belə ifadə ediblər: “Yenidən qurulurlar, yenidən silahlanırlar”.
Məlumata görə, Donald Tramp Tehrandan və ya Yəməndəki İranın dəstəklədiyi husilərdən ABŞ-yə qarşı yeni təxribat olmadığı təqdirdə İrana hücumdan çəkinə bilər. İsrailin Baş naziri Benyamin Netanyahunun isə ABŞ və İsrailin İrana zərbə endirməsini dəstəklədiyi bildirilir.
Qeyd edək ki, İran İnqilab Keşikçiləri Korpusu ötən həftə yeni yeraltı “raket şəhəri”ni nümayiş etdirən video yayımlayıb.
ABŞ-İran münasibətlərindəki son gərginlik və regiondakı hərbi vəziyyətlə bağlı yenilikləri Expressxeberler.az saytından izləyin.
#İran #ABŞ #İsrail #Raket #Expressxeberler.az



