Paşinyanın xanımı tıxacda qaldı
Dünya
Expressxeberler.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan avtomobil tıxacları ilə bağlı qadın sürücülərə qeyri-adi çağırış edib.
Akopyan qadınlara avtomobillərində səs-küy yaradan əşyalar saxlamağı və uzunmüddətli tıxaclar zamanı onlardan istifadə etməyi tövsiyə edib.
“Əziz qadın sürücülər, avtomobillərinizdə səs-küy yaradan əşyalar saxlayın. Hər dəfə saatlarla tıxacda qaldığınız zaman elə güclü səs-küy salın ki, bu səs vəziyyətin həlli üçün beynini işlətməyə borclu olan şəxslərə qədər çatsın”, – deyə Anna Akopyan bildirib.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #Ermənistan #Paşinyan
111
baxış



