Sammit ərəfəsində 100-dən çox robot eyni vaxtda rəqs etdi – FOTOLAR

IMG_5966 Cəmiyyət
04:22

Çində 100-dən çox robot küçədə şou göstərdi – Görüntülər maraq doğurdu

Expressxeberler.az xəbər verir ki, Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti ərəfəsində 100-dən çox insanabənzər robotun iştirakı ilə möhtəşəm şou təşkil olunub.

Robotlar şəhər mərkəzində sinxron şəkildə rəqs edib, kunq-fu hərəkətləri nümayiş etdiriblər. Təxminən iki metr hündürlüyündə olan robotlar həm yerli sakinlərin, həm də turistlərin böyük marağına səbəb olub.

Nümayişin ən maraqlı məqamlarından biri isə robotlaşdırılmış qol vasitəsilə ziyarətçilərə dondurma paylanılması olub.

Qeyd edək ki, Şençjen ABŞ, Rusiya və Çin liderlərinin də iştirak edəcəyi APEC sammitinə ev sahibliyi edir.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #Çin #Robotlar #APEC

36 baxış
Paylaş: