Ağ Evdən Ukraynaya ayırdığı 64,96 milyard dollarlıq ZƏRBƏ
Dünya
ABŞ-ın Ukraynaya ayırdığı 64,96 milyard dollar xərclənməyib
Expressxeberler.az xəbər verir ki, ABŞ Konqresinin Ukraynaya yardım üçün ayırdığı 64,96 milyard dollar hələ də xərclənməyib.
Məlumat Pentaqonun baş müfəttişləri, ABŞ Dövlət Departamenti və fəaliyyəti dayandırılmış ABŞ Beynəlxalq İnkişaf Agentliyinin hazırladığı yeni hesabatda yer alıb.
Sənəddə bildirilir ki, 2022-ci ilin fevralından etibarən ABŞ Konqresi Ukraynaya müxtəlif yardım proqramları çərçivəsində 198,59 milyard dollar ayırıb. 30 sentyabr 2026-cı il tarixinə mümkün xərcləmələr üçün 64,96 milyard dollar vəsait qalıb.
Hesabat 1 iyul – 30 sentyabr 2026-cı il dövrünü əhatə edir.
Sənəddə həmçinin qeyd olunur ki, NATO və Avropa İttifaqı 2026-cı ilin üçüncü rübünün sonuna qədər Ukraynaya 239 milyard dollardan çox yardım göstərməyi öhdəsinə götürüb.
Beləliklə, ABŞ və onun xarici tərəfdaşlarının Ukrayna ilə bağlı ümumi yardım öhdəlikləri ən azı 437,59 milyard dollar təşkil edir.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #ABŞ #Ukrayna #NATO #Avropaİttifaqı



