İran televiziyasından NÜVƏ HÜCUMU XƏBƏRDARLIĞI: Əhaliyə təcili TƏLİMAT YAYIMLANDI!
Dünya
İran televiziyasından NÜVƏ HÜCUMU XƏBƏRDARLIĞI: Əhaliyə təcili TƏLİMAT YAYIMLANDI!
Expressxeberler.az xəbər verir ki, İran dövlət televiziyası mümkün nüvə hücumu zamanı vətəndaşların necə davranmalı olduğunu izah edən xüsusi video yayımlayıb.
8 dəqiqəlik maarifləndirici videoda nüvə partlayışı və radioaktiv çirklənmə təhlükəsi zamanı görülməli tədbirlər əks olunub.
Vətəndaşlara partlayışın parlaq işığına birbaşa baxmamaq, zərbə dalğası keçdikdən sonra ən yaxın binaya sığınmaq, pəncərələrdən və xarici divarlardan uzaq durmaq tövsiyə edilib.
Həmçinin, açıq havada olan şəxslərə üst geyimlərini silkələmədən çıxarmaq, radioaktiv tozdan qorunmaq üçün ilıq su və sabunla yuyunmaq, qablaşdırılmış ərzaq və içməli sudan istifadə etmək barədə təlimatlar verilib.
Videoda əhalinin sığınacaqda ən azı 24 saat qalmağa hazır olması, rəsmi göstəriş olmadan təhlükəsiz əraziyə çıxmaması xüsusi vurğulanıb.
Qeyd edək ki, bu təlimatların yayımlanması ABŞ və İran arasında gərginliyin artdığı bir vaxta təsadüf edir. Bununla belə, video nüvə hücumunun mütləq baş verəcəyini təsdiqləmir.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#İran #ABŞ #iranabs #NüvəHücumu #Expressxeberler.az



