Kirayə mənzil fonduna daha 91 mənzil əlavə olunub
Dünya
Bakıda və Sumqayıtda 91 yeni kirayə mənzil təqdim olunur – Aylıq ödəniş 419 manatdan başlayır
Expressxeberler.az xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara ümumilikdə 91 yeni, tam təmirli mənzil təqdim edib.
Mənzillər Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsindəki yaşayış kompleksindən 27, Sumqayıt şəhəri, Sülh prospektindəki kompleksdən 38, Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsindəki yaşayış kompleksindən isə 26 ədəd olmaqla seçilib.
1, 2 və 3 otaqlı mənzillərin aylıq ödənişləri 419 manatdan başlayır.
Yeni mənzillərin seçimi noyabrın 24-də saat 15:00-dan etibarən başlayacaq. Mənzillərin siyahısı ilə Fondun təqdim etdiyi keçid vasitəsilə tanış olmaq mümkündür.
Müraciətlərin qəbulu və mənzil seçimi “Mygov” portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən həyata keçiriləcək. Ərizəçilər müraciətlərini SİMA İmzanın biometrik identifikasiya funksiyası ilə təsdiqləyə biləcəklər.
Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri izləyin.
#İpoteka #KirayəMənzil #Bakı #Sumqayıt #Expressxeberler.az



