“Kurdlar Vadisi” sevənlərə şad xəbər – Əfsanə geri dönür!
Dünya
“Kurtlar Vadisi”ndən illər sonra SÜRPRİZ! “
Expressxeberler.az xəbər verir ki, türk televiziya tarixinin unudulmaz layihələrindən olan “Qurdlar Vadisi” serialında Cərrahpaşalı Xalid (Halit) obrazı ilə tanınan Özcan Varaylı illər sonra yeni layihə ilə ekranlara qayıdır.
Aktyor məhz həmin obrazın ətrafında cəmləşən “Cərrahpaşalılar” filmində rol alacaq. Çəkilişlərinə start verilən ekran əsəri artıq serial sevərlərin diqqətini çəkib.
Güc, sədaqət və xəyanət mövzularını əhatə edən filmdə Özcan Varaylı ilə yanaşı, Atilla Olgaç, Ümid Acar, Ərdəm Kaynarca, Melih Çardak, Levent Çakır, Sena Gənctürk və Ərhan Çircioğlu da rol alır.
Layihənin diqqətçəkən məqamlarından biri isə döyüş səhnələridir. Gərgin toqquşmaların yüksək səviyyədə lentə alınması üçün ABŞ-dan xüsusi peşəkar heyətin dəvət olunduğu bildirilir.
Xüsusi effektlər və dinamik səhnələrlə zəngin olacaq film “Qurdlar Vadisi”nin unudulmaz atmosferini yenidən yaşatmağı hədəfləyir.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #QurdlarVadisi #Cərrahpaşalılar #ÖzcanVaraylı #TürkSerialları



