Şuşada yazılan tarix, Qarabağda qurulan yeni həyat – Zəfərdən 6 il ötür
Dünya
Şanlı Zəfərdən 6 il ötür – Azərbaycan tarixinin qürur günü!
Expressxeberler.az xəbər verir ki, 2026-cı il noyabrın 8-də Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbədən 6 il ötür.
2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi. Şuşanın noyabrın 8-də azad olunması isə Zəfərin ən mühüm hadisələrindən biri oldu.
Bu tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində yeni mərhələnin əsasını qoydu, xalqımızın milli qürurunu və birliyini bütün dünyaya nümayiş etdirdi.
Vətən müharibəsi 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları ilə başladı.
8 Noyabr – Zəfər Günü xalqımızın yaddaşında qəhrəmanlıq, qürur və şanlı tarix kimi əbədi yaşayacaq.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #ZəfərGünü #8Noyabr #Qarabağ #ŞanlıZəfər



