Tramp İranı yenə nüvə zərbəsi ilə hədələdi – “10 dəqiqəyə məhv edə bilərik”!

01788325-F9DB-462C-95A7-31FCA9EA38CD Dünya
01:54

🔥 Tramp İrana yeni zərbə xəbərdarlığı etdi – “10 dəqiqəyə məhv edə bilərik”!

Expressxeberler.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranın qalan nüvə obyektlərinə zərbə endirmək imkanlarının olduğunu açıqlayıb.

Tramp bildirib ki, ABŞ İranın bir və ya iki obyektini qısa müddətdə hədəfə ala bilər. O, mümkün əməliyyatın cəmi 10 dəqiqə ərzində həyata keçirilə biləcəyini iddia edib.

Amerika lideri İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəklərini vurğulayıb.

Trampın açıqlamaları Vaşinqton və Tehran arasında danışıqların davam etdiyi bir vaxtda səslənib. ABŞ Prezidenti razılaşmanın əldə olunacağına şübhə ilə yanaşsa da, hərbi əməliyyatların yenidən başlanması ehtimalını istisna etməyib.

İranla ABŞ arasında gərginliyin yenidən hərbi qarşıdurmaya çevrilə biləcəyi narahatlıq doğurur.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#İran #ABŞ #Tramp #iranabs #Expressxeberler.az

347 baxış
Paylaş: