Ukrayna yenə Krım körpüsünü vurdu

IMG_1653 Dünya
14:04

Krım körpüsünə yenidən hücum edildi – Nəqliyyatın hərəkəti dayandırıldı

Expressxeberler.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri noyabrın 17-nə keçən gecə Krım körpüsünə yenidən hücum edib. Hadisədən sonra körpüdə nəqliyyatın hərəkəti tamamilə dayandırılıb.

Bu barədə Krım rəhbəri Sergey Aksyonov məlumat yayıb.

O, sakinlərə və turistlərə körpüyə getməməyi tövsiyə edib.

Qeyd edək ki, körpüyə bir gün əvvəl də hücum edilmiş, nəticədə nəqliyyatın hərəkəti 16 saatdan çox müddətə məhdudlaşdırılmışdı.

Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri izləyin.

#Ukrayna #Krım #KrımKörpüsü #Expressxeberler.az

45 baxış
Paylaş: