Azərbaycanda zəlzələ baş verib

17895864713309135559_1200x630
23:14 Expressxeberler.az

Saatlı stansiyasından 25 kilometr cənubda, İmişli rayonunda zəlzələ baş verib.

Bu barədə ExpressXeberler.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 22:28-da qeydə alınan zəlzələ hiss olunmayıb. Yeraltı təkanların maqnitudası 3,1 olub.

Zəlzələnin ocağı 43 kilometr dərinlikdə yerləşib.

Paylaş: